3 əkiz qardaş eyni həbsxanaya göndəriləcək
Movqe.az xəbər verir ki, ABŞ-da üç əkiz
qardaşdan ikisi oğurluq cinayəti ilə həbs edilib. Müxtəlif
cinayətlərdən hazırda həbsdə olan üç əkiz qardaşın eyni həbsxanaya
göndərlməsi mümkündür. ABŞ-da yaşayan Deşaun Juron və Devon Şiver
adlı əkizlər həbs edilib. Juron sevgilisinin atasına aid pul və cib
telefonunu qardaşı Deşaunla birlikdə 2010-cu ilin fevralında
oğurlamışdı. Hakim iki qardaşı da soyğun və hiylə qurmaqda
təqsirkar bilib. Məhkəmə cəzalarını növbəti ay açıqlayacaq. Əgər
qərar 15 il olsa qeyri-qanuni silah saxlama və cinayətə təşəbbüsdən
2043-cü ilə qədər həbsdə qalacaq qardaşlar Devon ilə eyni
həbsxanaya düşəcək.