İngiltərə tələbə vizalarını çətinləşdirir
Movqe.az xəbər verir ki, İngiltərə Daxili
İşlər naziri Teresa May tələbə vizalarından sui-istifadə hallarının
qarşısını almaq üçün ərizə sahiblərindən müsahibə götürüləcəyini
söyləyib. O, növbəti aprel ayından etibarən yalnız viza
müraciətində təqdim edilən sənədlərin nazirlik işçiləri tərəfindən
yoxlanılacağını və onlardan müsahibə götürüləcəyini bildirib.
Daxili İşlər Naziri, İngiltərənin təhsil mərkəzi olma mövqeyini
qoruyacağını, lakin tələbə vizalarının ölkədə işləmək üçün istifadə
edilməsinin qarşısını alacaqlarını da sözlərinə əlavə edib.