Əlaqə Arxiv
news Image
2012.12.14
19:20
| A A A
Rusiyadan Suriya bəyanatı
Movqe.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya xarici işlər nazirinin müavini və Dövlət Başçısı Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovun dünən Əsəd rəhbərliyilə bağlı hər hansı bir şərh etmədiyini bildirib. Nazirlikdən edilən şərhdə,xarici işlər naziri müavinin dünən etdiyi nitqi əsnasında yalnız Suriya müxalifətinin vəziyyətilə bağlı məsələyə toxunduğu bildirilib. Rusiya rəsmi agentlikləri, dünən Boqdanovun, Suriyalı müxaliflərin vətəndaş müharibəsinin qalibi ola biləcəyini, Əsəd rəhbərliyinin ölkədə nəzarəti itirməyə başladığını söylədiyi xəbərini yaymışdı.


Sizin Reklam Yeriniz