NATO Əfqanıstanda qayıdarkən Bakı-Tbilisi-Qars dəmiryolunu istifadə edə bilər
Movqe.az xəbər verir ki, Azərbaycan xarici
işlər naziri Elmar Məmmədyarov, NATO qüvvələrinin 2014-cü ildə
Əfqanıstandan qayıdarkən Cənub dəhlizinin istifadə etməsi üçün
müzakirələrin davam etdiyini söyləyib. Elmar Məmmədyarov, Cənub
dəhlizinin yalnız enerji dəhlizi kimi görülməməsi lazım olduğunu
bildirib. Gələn il istifadəyə verilməsi planlanan Bakı-Tbilisi-Qars
xəttinin üç ölkənin dəmiryolu sistemlərini bir-birinə bağlayacağını
qeyd edən Məmmədyarov, bu xəttin bərələr vasitəsilə Orta Asiyaya da
bağlana biləcəyini qeyd edib. NATO-nun 2014-cü ildə Əfqanıstandan
çəkiləcəyini xatırladan Azərbaycanlı nazir, NATO qüvvələrinin bu
yolu istifadə üçün müzakirələrin davam etdiyini bildirib.