Əlaqə Arxiv
news Image
2012.12.20
15:33
| A A A
Bakı Təhsil İdarəsindən “qiyamət” çağırışı
"21 dekabrda qiyamət olacağı söz-söhbətinə görə bir sıra məktəblərdə artıq bu gün tədrisin dayandırıldığı barədə şayiələr də yayılıb". Bunu Lent.az-a açıqlamasında Bakı şəhər Baş Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı söyləyib.
Zəminə Əliqızı bu gün bununla bağlı bir neçə jurnalistin də İdarəyə zəng açdığını və onlara da xəbərlərin əsassız olduğu, həmin məktəblərin açıq olduğunu, tədrisin bu gün davam etdiyini nəzərə çatdırdığını bildirib : "Bakı şəhər Baş Təhsil İdarəsi bütün bunlara görə valideynlərə çağırış edir. Birinci tədris yarımilin sonudur, uşaqlar yarım illə bağlı yazılacaq qiymət alırlar. Bu arada uşaqların tədris prosesindən uzaqlaşdırılması düzgün deyil. Valideynlərə çağırış edirik ki, uşaqları dərsdən saxlamasınlar. Dekabrın 21-də də heç bir fövqəladə hal baş verməyəcək, məktəblər sabah qrafiklə, adi qaydada işləyəcək. Biz də o "fövqəladə gün" iş başında olacağıq".
Sizin Reklam Yeriniz