“Son 10 ildə Azərbaycandan Avropa Məhkəməsinə 5 minədək müraciət daxil olub”
“Müraciətlərin 97 faizi Avropa Konvensiyasının tələblərinə cavab vermədiyindən Avropa Məhkəməsi tərəfindən rədd edilib”
"Hər il Azərbaycanla bağlı Avropa Məhkəməsinə daxil olan
müraciətlərin sayı sabit qalır. İl ərzində 500-dək şikayət Avropa
Məhkəməsinə daxil olur". APA-nın məlumatına görə, bu açıqlamanı
jurnalistlərə Azərbaycan Prezident Administrasiyasının hüquq
mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi
məsələləri üzrə sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları
Məhkəməsində səlahiyyətli nümayəndəsi verib.
Onun sözlərinə görə, son 10 ildə Avropa Məhkəməsinə Azərbaycanla bağlı 5000-ə yaxın müraciətlər daxil olub: "Bu şikayətlərin 97 faizi Avropa Konvensiyasının tələblərinə cavab vermədiyindən Avropa Məhkəməsi tərəfindən rədd edilib. İcraata götürülmüş 3 faiz müraciətlərin bir qismi Azərbaycan hökumətinə kommunikasiya edilib. Artıq 130-a yaxın şikayət üzrə müvafiq qərarlar qəbul edilib. Azərbaycanla bağlı çıxarılmış qərarların 50 faizi insan hüquq və azadlıqlarının pozulması ilə bağlı olub".