Sürüşmə trayektoriyası genişlənir
Samir İsayev: "Həmin ərazilər daha həssas yerlər olduğundan burada xüsusi fəaliyyət həyata keçirilməlidir"
Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qümayəndəsi
Bəxtiyar Qaralov açıqlama verərək bildirib ki, Bakının Əhmədli
qəsəbəsindəki Gəncə prospekti ərazisində sürüşmə təhlükəsi artıb.
O, Qaraçuxur qəsəbəsində də anoloji vəziyyətin hökm sürdüyünü qeyd
edib. Bir sözlə proses sürüşmə trayektoriyasının genişləndiyindən
xəbər verir.
Xatırladaq ki, bu yaxınlarda Badamdarda, 20-ci sahə deyilən ərazidə də sürüşmə baş vermişdi. Burada sürüşməyə yuxarı ərazilərdə yerləşən tikintilərdən axan kanalizasiya sularının səbəb olduğu bildirilirdi.
Son sürüşmə aktivliyinin artmasının necə olacağını və onun qarşısını birdəfəlik almağın mümkün olub-olmayacağını ekspertlə dəyərləndirdik. Müstəqil ekoloq Samir İsayevin fikrincə, ölkənin bir sıra ərazilərində sürüşmənin aktivləşməsi təsərrüfatsızlığın, özbaşına fəaliyyətin nəticəsidir: "Sürüşmələrin baş verdiyi ərazilər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sürüşmə təhlükəsi elan olunmuş ərazilərdir. Sadəcə olaraq həmin ərazilər təsərrüfat fəaliyyəti aparılan və binalar tikilən, kanalizasiya və su xətləri çəkilən zaman heç bir halda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılmayıb. Həmin ərazilər daha həssas yerlər olduğundan burada xüsusi fəaliyyət həyata keçirilməlidir. Təəssüf ki, şəhərdə aparılan tikinti abadlaşdırma, infrastruktur layihələri zamanı Ekologiya Nazirliyinin fikri ya ümumiyyətlə soruşulmur, soruşulduqda belə ümumən nəzərə alınmır. Ya da formal olaraq onlardan münasibət öyrənilir. Son illərə qədər tikinti şirkətlərinin harada gəldi inşaat işləri həyata keçirməsinin nəticəsi olaraq indi paytaxtda sürüşməyə meylli ərazilərin sahələri də genişlənib. Yəni sürüşmələr heç də sonradan əmələ gələn proses deyil, bunların hamısı şəhərdə baş verən təsərrüfatsızlığın, özbaşınalığın nəticəsidir. Yaşıllıq və ağacların məhv edilməsi də sürüşmə tendensiyasını yaradan amillərdəndir. Amma əsas amil binaların harda gəldi, su xətlərinin necə gəldi tikilməsilə bağlıdır. Bütün bu tədbirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə olmalı idi. Torpağın aşağı qatları həssas ərazilərdir. Bura suyun dolduğundan ərazidə hər hansı bir fəaliyyət həyata keçirmək təhlükəlidir. Hər bir halda sürüşmə halı ilə bağlı yaranmış indiki vəziyyət mütəxəssis rəyinin olmamasının, özbaşına qərarlar verilməsinin nəticəsidir. Son 20 il ərzində dağətrafı ərazilərdə çoxlu meşə qırğınları baş verib. Bu da həmin ərazilərin açıq qalmasına gətirib çıxarıb ki, belə ərazilərdə də torpaqların sürüşmə ehtimalı artır. Üçüncü mühüm faktor isə ondan ibarətdir ki, dağ rayonlarında aparılan tikinti- quraşdırma işləri də həmin ərazidəki qrunt qatı öyrənilmədən aparılıb. Belə fəsadlar həm yol çəkilməsi prosesində, həm binaların tikintisində, həm təsərrüfat fəaliyyətinin həyata keçirilməsində yaranan məsələdir. Hazırda Azərbaycanın dağ yamaclarındakı yollar tikinti işlərinin aparılması ilə bağlı olaraq 25-30 tonluq maşınların altında qalır. Bu proses də dağıdıcı təsir göstərir. Həmin təsirdən sonra yağan yağış birbaşa torpağın alt qatında olan gil qatına təsir edir və bu da torpağın sürüşməsinə gətirib çıxarır. Bütün bunlar ətraf mühitə qayğı göstərilməməsinin, mütəxəssis rəylərinə fikir verilməməsinin nəticəsidir".
Problemin həlli üçünsə həmsöhbətimizə görə ciddi planlaşdırma işləri, ətraf mühitin təsirinin qiymətləndirilməsi aparılmalıdır.