Əhaliyə vulkan xəbərdarlığı edilib!
Movqe.az xəbər verir ki, Çili-Argentina
sərhədində "Copahue" vulkanının fəaliyyətinin artmasından sonra
xəbərdarlıq səviyyəsini "qırmızı" ya yüksəldib. Rəsmilər, şənbə
günü kül və qaz püskürtməyə başlayan yanardağdakı fəaliyyətin
getdikcə artması ilə xəbərdarlıq səviyyəsini əvvəl "sarı" dan
"narıncı" ya, sonra da "qırmızı" ya qaldırıb. Kül sıxlığında kiçik
də olsa bir azalma təsbit edildiyini və bu mərhələdə bölgə xalqının
evakuasiyasına ehtiyac duyulmadığını bildirən rəsmilər, bununla
yanaşı yanardağın partlaması ehtimalını gözdən qaçırmadıqlarını, bu
səbəblə xəbərdarlıq səviyyəsini aşağı salmağı hələlik
düşünmədiklərini bildirib. "Copahue", Argentinanın "Neuguen"
vilayəti ilə Şillinqin Biobio bölgəsi arasında yerləşir və ən son
2001-ci ildə fəaliyyətə keçdiyi bildirilib.