Əlaqə Arxiv
news Image
2012.12.26
14:57
| A A A
Zəlzələ olub
Movqe.Az Gürcüüstan mediasına istinadən xəbər verir ki, dekabrin 25-dən 26-na keçən gecə Qara dənizdə zəlzələ olub. Qara dənizin Gürcüstan sahillərində baş verən hadisə yerli vaxtla 00:44-də qeydə alınıb. Rəsmi Tiflis bu təbiət hadisəsinin Rixter şkalası ilə 5,4 bal gücündə olduğunu açıqlayıb.
Türkiyənin boğaziçi Universitetinin Təbii Fəlakətlərin Araşdırılması İnstitutunun verdiyi açıqlama da bu məlumatı təsdiq edib. İnstitutun məlumatına görə zəlzələnin dərinliyi 8,7 kilometrdir. Qurumdan bildirilir ki, zəlzələ Türkiyənin bəzi ərazilərində hiss edilib. Xüsusən də Gürcüstan və Qara dənizlə sərhəd olan Rizə, Ardahan və Artvində yeraltı təkanları hiss etmək mümkün olub.
Sizin Reklam Yeriniz