Əlaqə Arxiv
news Image
2012.12.28
14:32
| A A A
İşdən çıxarıldıqlarına görə etiraz ediblər
Movqe.Az bildirir ki, İspaniyanın paytaxtı Madrid, bu dəfə hava yolu şirkəti "Iberia" işçilərinin nümayişinə səhnə olub. Aktivistlər, zərər edən şirkəti iflastan qorumaq məqsədi ilə rəhbərlik tərəfindən inkişaf etdirilən və 4 min 500 işçinin işinə son verilməsini nəzərdə tutan plana təzyiq göstərib. Nümayişçilər, "İberia"nın yenidən qurulması çərçivəsində maaşlarda ediləcək 25 faiz ilə 35 faiz nisbətindəki azalmalara da etiraz ediblər. Maliyyə böhranı ilə mübarizə aparan ispan "Iberia" şirkəti, 2011-ci ilin yanvar ayında ingilis "British Airways" hava yolu şirkəti ilə güclərini birləşdirib. İki şirkət bu birlik vasitəsi ilə iqtisadi böhrandan ən az zərərlə xilas olmağı planlaşdırırlar.

"Iberia"nın 4 min 500 işçisini işdən çıxarması və tətbiq edəcəyi azalmalar sayəsində 3 il içində 600 milyon avroluq qazanc təmin edilməsi gözlənilir.

Sizin Reklam Yeriniz