Hillari Klinton haradadır?
Movqe.az xəbər verir ki, ABŞ dövlət katibi
Hillari Klintonun xəstələndiyi 15 dekabrdan bəri xalqın qarşısına
çıxmaması sağlamlıq vəziyyəti haqqında narahatlıq yaradıb.
Xarici İşlər Nazirliyi səlahiyyətlilərinin bu tarixdə verdiyi
məlumata görə, Klinton huşunu itirib. 19 dekabrda Xarici
İşlər Nazirliyinin verdiyi Milad mərasiminə qatıla bilməyən
Klintonun eyni gün ofisindən edilən şərhdə 20 dekabrda reallaşacaq
olan Binqazi Konsulluğu hücumu sorğusunda da iştirak etməyəcəyi
deyilib. Klinton, 21 dekabrda prezident Barak Obamanın Jon Kerini
gələcək xarici işlər naziri namizədi olaraq göstərdiyi elanını da
qaçırıb. Obama "Hillari bu gün burada olmağı çox istəyirdi, lakin
yaxşılaşmağa davam edir" deyib. Klintonun sağlamlıq vəziyyətinin
necə olduğu haqqında hələlik rəsmi bir şərh edilməyib.