Çavez səlahiyyətlərini təhvil verib
Movqe.az xəbər verir ki, Venezuelanın
xərçəng müalicəsi görən 58 yaşlı Prezidenti Huqo Çavez bəzi
səlahiyyətlərini müavini Nikolas Maduroya təhvil verib. Çərşənbə
günü altında Çavezin imzasını daşıyan bir məlumat olaraq rəsmi
qəzetdə yayımlanan elana görə, bundan sonra ölkədə milli büdcə və
milliləşdirmə mövzularında qəti qərarlar Maduronun məsuliyyətində
olacaq. Çavezin sözügedən rəhbərlik təlimatını son
əməliyyatını olmaq üçün Kubaya getdiyi 11 dekabr tarixindən bir gün
əvvəl imzaladığı öyrənilib. Kubada müalicəsi davam edən Çavez
pelvis bölgəsində olan pis xasiyyətli şiş səbəbindən ötən ildən bu
yana üç əməliyyat keçirib.