Əlaqə Arxiv
news Image
2013.01.02
16:53
| A A A
Mini ətək keşişi işsiz qoyub
Movqe.az xəbər verir ki, İtaliyada bir keşiş mini ətəklə əlaqədar sözləri ucbatından işindən qovulub. İtalyanın şimalındakı La Spezia şəhərində olan San Terenzo Kilsəsi keşişi Don Piero Korsi, kilsəsinin elan cədvəlinə yazdığı, "Qadınlar, geydikləri mini ətəklərlə kişiləri təhrik edir" fikri ucbatından gördüyü reaksiyalar səbəbiylə istefa edib. Keşiş Don Korsinin "açıq-saçıq geyinən qadınların kişiləri yoldan çıxartdığını, bunun nəticəsində şiddətə təşviq etdiyi" iddiasını irəli sürməsi qısa müddətdə böyük səs-küy yaradıb. Qadın dərnək və təşkilatları, bu kimi şərh və yanaşmaların ölkədəki qadın düşmənliyini qızışdırdığını, özlərini gedərək daha da təhlükədə hiss etdiklərini söyləyib. Reaksiyaların gedərək artması səbəbindən Rahib Don Korsi vəzifəsinə layiq olmadığını ifadə edərək istefa edib.



Sizin Reklam Yeriniz