Həyat yoldaşından da, işindən də ayrıldı
Movqe.Az bildirir ki, Almaniyada keçən
il istefa etmək məcburiyyətində qalan nazir Kristian Vulff, həyat
yoldaşından ayrılıb. Hannoverdəki vəkillərinə müraciət edən
Kristian-Bettina Vulff qarşılıqlı ayrılma razılaşması
imzalayıblar. Boşanmalarından sonra 39 yaşlı Bettina Vulff,
Hannoverdə Qrossburqvedel səmtindəki evlərində yaşamağa davam edib,
53 yaşlı Kristian Vulff isə Hannoverdə bir kirayəlik mənzilə köçüb.
İlk evliliklərindən bir uşağı olan Vulff cütlüyü ikinci evlilikdən
olan uşaqlarının vəlayətini isə birlikdə boynuna götürüblər. Vulff
cütlüyü son olaraq Bettina Vulffun bloqunda, "yoldaşının Hannover
bələdiyyə başçısı olmaq istədiyi" şərhini etməsiylə gündəmə
gəlmişdi. Almaniyanın ən gənc Prezidenti olaraq tarixə keçən
Kristian Vulff, aylarla davam edən təzyiqlər və Hannover Baş
prokurorluğunun toxunulmazlığının qaldırılmasına qərar verməsinə
görə vəzifəsindən istefa etmək məcburiyyətində qalmışdı.