Əlaqə Arxiv
news Image
2013.01.08
13:14
| A A A
İstanbul tətildə
Türkiyənin əksər bölgələrində güclü qar başlayıb Movqe.Az xəbər verir ki, İstanbul valiliyi qar yağışı səbəbilə məktəblərdə tədrisə bir gün fasilə verildiyini açıqlayıb. Valilikdən verilən açıqlamaya görə, dövlət təşkilatlarında çalışan əlillər və hamilələr də bu gün icazəli sayılacaq.
Baş Meteorologiya İdarəsi isə bu gün Mərmərə bölgəsinin şərqində (İstanbul, Kocaeli, Sakarya, Yalova, Bursa, Bilecik), Qərbi Qara dəniz sahillərində (Zonguldağ, Bartın, İnebolu), Orta və Şərqi Qaradənizdə, İç Anadolunun cənubunda və şərqində (Konya, Kırşehir, Nevşehir, Aksaray, Sivas, Yozqat, Kırıkkale, Ankaranın cənub və şərq hissələri), Şərqi Anadolunun şimal və şərqində(Ərzrum, Ərzincan, Qars, Ərdahan, Ağrı, Iğdır, Elazığ, Muş, Bingöl, Bitlis, Van, Hakkari, Şırnak), Bolu, Karabük, Düzcə, Siirtdə, axşam saatlarında isə Cənub-Şərqi Anadolunun şərqində (Diyarbəkir, Batman, Siirt, Mardin) güclü qar yağacağını açıqlayıb.
Sizin Reklam Yeriniz