Əlaqə Arxiv
news Image
2013.01.09
16:24
| A A A
ABŞ ilk dəfə Əfqanıstandan qoşunlarını geri çakəcəyini bildirib
Movqe.az xəbər verir ki, uzun müddətdir Əfqanıstanda olan hərbi mövcudluğunu azaldacaqları istiqamətində şərhlər edən Ağ Ev rəsmiləri ilk dəfə ölkədəki bütün ABŞ əsgərlərini çəkə biləcəklərindən bəhs edib. Əfqanıstan prezidenti Hamid Karzainin ABŞ-a gəldiyi bir vaxtda edilən şərhə görə ABŞ NATO hərbi missiyasının başa çatacağı 2014-ci ildən sonra bütün əsgərlərini ölkədən çəkəcək. Cümə günü Ağ Evdə Karzai ilə görüşməsi gözlənilən Obamanın görüşdən sonra mövzu haqqında daha ətraflı şərh verməsi düünülür. Digər tərəfdən müdafiə naziri Leon Panetta daha əvvəl söylədiyi nitqində Əl Qaidənin ölkədə hələ də təsirli olmasından ötəri ABŞ-ın 2014-cü ildən sonra da Əfqanıstanda əsgər saxlamağa ehtiyacı olduğunu söyləmişdi.
Sizin Reklam Yeriniz