170 nəfər soyuqdan ölüb
Movqe.az xəbər verir ki, Rusiyada mənfi 50
dərəcəyə qədər düşən soyuqlar səbəbi ilə 170 nəfər dünyasını
dəyişib. Rəsmilər həddindən artıq soyuq hava səbəbiylə, dünən
Rusiyada 17 nəfərin donvurma təhlükəsi ilə xəstəxanaya
qaldırıldığını ifadə edib. "Interfax"a məlumat verən rəsmilərdən
biri, "Bu il 3 mindən çox vətəndaş donvurma təhlükəsi ilə
xəstəxanalara qaldırılıb." deyib. Soyuq havalardan təsirlənənlərdən
163-nün isə uşaq olduğu deyilib. Rusiya Dövlət Tibb Müalicəsi
Araşdırma Mərkəzi Başçısı Sergey Baytsov ölümlərin daha çox spirt
alaraq çölə çıxan vətəndaşlarda olduğunu bildirib.