Əlaqə Arxiv
news Image
2013.01.15
16:12
| A A A
İran nüvə silahı ilə bağlı açıqlama verib
Movqe.az xəbər verir ki, İran Xarici işlər nazirliyi Spikeri Ramin Mihmanpərəst dünyanın nüvə silahlardan təmizlənilməsini müdafiə etdiklərini bildirərək, bu silahlara sahib ölkələri qaydalara riayət etməyə çağırıb.
O, bu gün təşkil etdiyi həftəlik adi mətbuat konfransında ölkəsinin nüvə silahlara dair fikir siyasətlərini açıqlayıb. "İran İslam Respublikası, kütləvi qırğın silahlarının istifadən boyun qaçırdığını dəfələrlə elan etmişdir" deyən Mihmanpərəst, Orta şərqin nüvə silahlarından təmizlənilməsini istəyən ilk ölkə olduqlarını söyləyib.  Mihmanperest, "Nüvə silahlaraına sahib ölkələr qanunları pozur. Tez bir vaxtda, nüvə silahlarından təmizlənməlidirlər" deyib.
Dini lider Ayətullah Əli Xameneyinin, "Nüvə silahlarının istehsalı, alınması istifadəsi haramdır" sözlərinin onlar üçün vacib olduğuna diqqəti çəkən Mihmanpərəst, "Bu fətva bizim üçün ən uca talimatdır" deyə sözlərinə əlavə edib.

Sizin Reklam Yeriniz