Təcavüzə qarşı maraqlı tədbir
Movqe.az xəbər verir ki, Hindistanda
təcavüz hadisələrinə tez-tez
rastlandığından polis bu
cür cinayət hərəkətlərinin
qarşısını almaq üçün qəribə
tədbirlər almağa başlayıb.
Buna görə 16
dekabrda baş verən 23
yaşlı bir gənc
qadının ölümü ilə
günahlandırılan kütləvi
təcavüz hadisəsinin ardınca
Mumbaidə polislər qəribə
vəzifə almağa
başlayıb. Polislər,
axşam küçəyə tək
başına çıxmış qadınları
və ya subay cütləri
xəbərdar edərək cinayətlə
mübarizə etməyi ümid edir.
Polis rəsmisi Ramakant
Mahirə, "Subay cütlər
və subay qadınlar, heç
kəsin olmadığı yerlərdə və ya
parklarda görüldüyündə
oralarda dayanmamaları
mövzusunda xəbərdar ediləcək" deyib.
Mahirə, cəmiyyətdə dəhşət
yaradan təcavüz hadisəsindən
sonra belə bir tədbir
alındığını təsdiqləyib.
Hindli polis, buna uymayan
cütlərin 22 dollara
qədər pul cəzasına
məhkum ediləcəyini, bəzən
isə valideynlərinin polis
şöbəsinə çağırılacağını
söyləyib.