Dərman problemi davam edir
Movqe.Az bildirir ki, Ukraynada rəsmi
rəqəmlərə görə QİÇS xəstələrinin sayı 350.000 nəfərdir. Ancaq
gerçək dəyərlərin bu ədədin iki qatından çox olduğu düşünülür.
Müalicədə lazım olan dərmanları asanlıqla əldə etmək çox vacibdir.
Ölkənin ən böyük QİÇS müalicə mərkəzində, 2000-dən çox xəstə hər an
dərmansız qalma narahatlığı ilə yaşayır. 2012-ci il dekabr ayında
keçirilməsi planlaşdırılan dərman satınalma tenderi ləğv edilib. Bu
vəziyyət xəstələri çətin vəziyyətə salıb. İnsan hüquqları
müdafiəçisi olan qruplar bir mətbuat konfransı keçirdərək,
rəsmilərdən tez bir zamanda dərmanların təmin edilməsini
istəyiblər. QİÇS xəstələrinin müalicəsinə bir gün belə ara
verilməsi xəstənin həyatını riskə salır. Ukraynada HIV virusu
müalicəsi pulsuz qarşılanır. Xərclərin 80 faizi dövlət büdcəsindən,
20 faizi isə edilən yardımlarla təmin edilir.