İran kosmosa meymun göndərir
Movqe.az xəbər verir ki, İran
gələn ay kosmosa
meymun göndərəcəyini
bildirib. Mehr Xəbər Agentliyinə
müsahibə verən İran Kosmos
Agentliyinin prezidenti
Hamid Fazeli,
İran İnqilabının ildönümü
olan 11 fevralda
kosmosa meymun
göndəriləcəyini bildirib. Fazeli, meymunların
hələ də karantində
saxlandığını bildirib.
Meymunları kosmosa daşıyacaq
kapsula ilə əlaqədar bütün
testlərin tamamlandığını
bildirən Fazeli,
ağırlıq vibrasyası və
radiasiya kimi digər
şərtlərin də meymunlarla
kosmosda test edilməsindən
sonra, növbəti beş
il müddətində kosmosa
insanlı vasitə
göndərəcəklərini qeyd edib.