Əlaqə Arxiv
news Image
2013.01.18
17:00
| A A A
ABŞ Somalini rəsmi olaraq tanıyıb
Movqe.az xəbər verir ki, ABŞ 22 il sonra Somali hökumətini rəsmi olaraq tanıyıb. ABŞ rəhbərliyinin bu qərarı Vaşinqtonun ziyarət edən Somali prezidenti Həsən Şeyx Mahmudla görüşən ABŞ dövlət katibi Hillari Klinton tərəfindən açıqlanıb. Klinton, "1991-ci ildən bu yana ilk dəfə, ABŞ-ın Somali hökumətini tanıdığını açıqlamaqdan məmnunluq duyuram" deyib. ABŞ prezidenti Barak Obama rəhbərliyi 4 il əvvəl ilk dəfə vəzifəyə başladığında Somalinin bir çox istiqamətdən bu günkündən çox fərqli bir ölkə olduğuna işarə edən Klinton, "Somali xalqı liderləri, ölkələrinə daha çox sabitlik, təhlükəsizlik sülh gətirmək üçün mübarizə aparırdılar fədakarlıqlar etdilər. Hələ gediləcək çox yol, üzləşəcək çox çətinlik var, lakin daha yaxşı bir gələcək üçün yeni bir təməlin atılmaqda olduğunu görürük "deyə bildirib.
Sizin Reklam Yeriniz