Əlaqə Arxiv
news Image
2013.01.21
11:12
| A A A
AŞPA-da Azərbaycanla bağlı məruzə dinləniləcək
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayacaq. İclasın gündəliyində Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklər, Kosovoda vəziyyət, Rusiya-Gürcüstan məsələsi müzakirə olunacaq.

Sessiyanın ilk günü Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edəcək. Daha sonra AŞPA-da "Rusiya ilə Gürcüstan arasında müharibə: müharibə yaşamış rayonlara humanitar yardım" adlı məruzə də nəzərdən keçiriləcək.

Həmçinin sessiya çərçivəsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirməsinə dair məruzə və ölkədəki siyasi məhbuslarla bağlı ayrıca qətnamə də daxil edilib. Sonuncu məsələ ilə bağlı rəsmi Bakı öz etirazını çatdırıb və bu qətnamənin heç bir əsasının olmadığını bildirib.

Qeyd edək ki, AŞPA-nın qış sessiyası yanvarın 21-dən 25-dək keçiriləcək.
Sizin Reklam Yeriniz