Əlaqə Arxiv
news Image
2013.01.23
12:07
| A A A
Korrupsiya ilə bağlı 32 rüşvətalma işi məhkəməyə göndərilib
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 161 nömrəli "Qaynar xətt"inə 2012-ci il ərzində 5143 müraciət daxil olub. Həmin müraciətlərin 34-ü üzrə cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayaət işi başlayıb. Bunu Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2012-ci il ərzində görülmüş işlərə dair hesabatında çıxış edən idarənin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, ötən il Azərbaycanda korrupsiayaya qarşı bir çox tədbirlər görülüb. Əsas tədbirlərdən biri ölkə başçısı İlham Əliyevin 13 iyul 2012-ci tarixli fərmanı ilə ASAN xidmətinin yaradılması olub.

17-si üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. Hesabat dövrü ərzində törədilmiş və hazırlanan cinayətlər barədə idarənin əməliyyat qurumları tərəfindən 369 müraciət araşdırılıb. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında yaxalanmış şəxslər barəsində 29, o cümlədən korrupsiya ilə əlaqədar toplanmış materiallar üzrə 4 cinayət işi başlanıb. Qeyd onunan cinayət işlərindən 23-ü ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

K.Əliyevin sözlərinə görə, ötən il ərzində idarənin istintaq şöbəsi tərəfindən 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. 52 şəxs barəsində 32 iş rüşvətalma, 51 şəxs barəsində 33 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, 75 şəxs barəsində 44 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq və digər faktlarl əlaqəli olub.

2012-ci il ərzində məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş cəmi 52 milyon 128 min manat ziyandan ibtidai araşdırma mərhələsində 25 milyon 972 manat manat və ya 49,82% ödənilib. Qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.
Sizin Reklam Yeriniz