Prezident İlham Əliyev CNN-ə müsahibə verib
İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum
çərçivəsində prezident İlham Əliyev CNN telekanalının məşhur
müxbiri Riçard Kvestə müsahibə verib. İlk öncə dövlət başçısı
Azərbaycanın qapılarının hər kəsə açıq olduğunu vurğulayıb. Bu
forumun isə ölkəni tanıtmaq üçün ən yaxşı imkan olduğunu söyləyib.
Riçard Kvest hazırda Azərbaycanın Rusiyanın "Rosneft" şirkəti ilə
müqavilə imzalayan bp şirkətinin ruslardan ölkəyə qarşı təzyiq
vasitəsi kimi istifadə etməsindən nə dərəcədə narahatlıq keçirdiyi
haqda sual ünvanlayıb.
Prezident İlham Əliyev isə əslində heç bir narahatlığın olmadığını deyib. Dövlət başçısı bildirib ki, bp Azərbaycanda 1994-cü ildən, yəni artıq 20 ildir fəaliyyət göstərir: "Dostluq və qarşılıqlı tərəfdaşlığa əsaslanan münasibətlərimiz var. Bundan başqa, əməkdaşlığımız bundan sonra ən azı 20 il də davam edəcək. Bizim bp ilə reallaşması gələcəyə hesablanmış layihələrimiz var. Buna görə də düşünmürəm ki, bp digər tərəfdaşları ilə qarşısına hansısa məqsədi qoyub".
Dövlət başçısı müsahibəsində qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı sualı da cavablandırıb. O, Azərbaycan iqtisadiyyatının ümumilikdə çox stabil olduğunu və hətta böhran illərində də inkişaf etdiyini deyib: "Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Son 10 ildə ÜDM üç dəfə artıb. İndi iqtisadiyyatımız hərtərəfli inkişaf edib. Artıq tək enerji sektorunda deyil, qeyri-neft sektoruna da sərmayə cəlb etmək bu gün qarşıya qoyulmuş əsas vəzifədir. Əsasən informasiya texnologiyaları, yüksək texnologiya və xidmətləri nəzərdə tuturam".
Daha sonra prezident İlham Əliyev Avropa Birliyi ilə müqayisədə ABŞ iqtisadiyyatının daha stabil olduğunu qeyd edib.