Əlaqə Arxiv
news Image
2013.01.23
16:27
| A A A
"Ölü dil" yenidən canlandırılıb
Movqe.az xəbər verir ki, Avstraliyanın müstəmləkəçiliyi dövründə mədəni təzyiq altında yox olan Aborijinlərə aid bir azlığın dili yenidən canlandırılıb. Dilin canlandırılması, tədqiqatçıların 19-cu əsr Alman Misyonerlerinin qeydləri sayəsində reallaşıb. Bir zamanlar Adelaide şəhərində Aborijinlər tərəfindən danışılan Kaurna dili, Cənubi Avstraliyada 1860-cı  illərdən etibarən itməyə başlayıb. Kaurna dilini danışan son şəxs olaraq görülən, Ivaritji 1920-ci illərin sonlarında ölmüşdü. Dili danışan son insanın ölümündən 80 ildən çox bir müddət sonra, Kaurna dilinin xüsusi səsləri yenidən eşidilməyə başlayıb. Kaurna dilində "Salam" demək üçün "Niimarni" sözü istifadə edilir. Lakin bu söz, "Sən necəsən?" mənasına da gəlir.
Sizin Reklam Yeriniz