Əlaqə Arxiv
news Image
2013.01.24
14:31
| A A A
Beyons Obamanın andiçmə mərasimində fonoqramla oxuyurmuş
ABŞ prezidenti Barak Obamanın andiçmə mərasimində Amerika himnini oxuyan Beyons ətrafında qalmaqal yaranıb. Müğənninin himni canlı deyil, fonoqramla oxuduğu barədə şayiələr yayılıb.

Beyonsu müşayiət edən "ABŞ Hərbi-Dəniz Qüvvələri Orkestri"nin mətbuat katibi son anda Beyonsun fonoqramla oxuyacağının bildirildiyini deyib. Mətbuat katibi bunu Beyonsun əvvəlcədən orkestrlə məşq etmək imkanının olmaması ilə izah edib.

Müğənninin rəsmi nümayəndəsi isə bu məlumatlara şərh verməyib. "New York Times" qəzeti isə Obamanın andiçmə mərasiminin canlı olduğunu, buna görə də dövlət himninin canlı oxunmalı olduğunu yazıb.
Sizin Reklam Yeriniz