Əlaqə Arxiv
news Image
2013.01.25
10:48
| A A A
İsmayıllıda son durum
Ötən gündən vəziyyətin gərginləşdiyi İsmayıllı rayonunda hazırda sakitlikdir. ANS PRESS-in rayondakı əməkdaşının verdiyi məlumata görə, İcra Hakimiyyətinin ətrafı və mərkəzi küçələr təhlükəsizlik qüvvələrinin nəzarətindədir. İcra Hakimiyyətinin yaxınlığında polis avtobusları və xüsusi maşınlar dayanıb. Küçələrdə sakinlər gözə dəymir. Ötən axşam saat 22.00-adək gündəlik qayğıları ilə məşğul olan sakinlər o saatdan sonra evlərinə çəkiliblər.

APA-nın məlumatına görə, bir neçə saat əvvəl edilən sonuncu aksiya cəhdi zamanı saxlanılaraq rayon polis şəbəsinə gətirilən şəxslərdən bəziləri sərbəst buraxılıblar.

Bir qədər əvvəl baş vermiş aksiya cəhdi zamanı müxtəlif dərəcəli xəsarət almış 8 nəfər İsmayıllı Mərkəzi rayon Xəstəxanasına gətirilib. Onlar 1992-ci il təvəllüdlü Rəhimov Xəyal Balayar oğlu, 1971-ci il Abbasov Vüqar Həsən oğlu, 1971-ci il təvəllüdlü Həsənov Nəriman Həsən oğlu, 1981-ci il təvəllüdlü Nuriyev Nahir Yaqub oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu, 1992-ci il təvəllüdlü Məmmədli Pünhan İlham oğlu, 1965-ci il təvəllüdlü Talıbov Məhərrəm oğlu və 1996-cı il təvəllüdlü Rəsulov Cahangir Cəfər oğludur.

Həkimlərin bildirdiyinə görə, onların xəsarətləri ağır deyil. Rayon xəstəxanasından və yerli polisdən insidentlər zamanı ölüm hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub, bunların həqiqətə uyğun olmadığı bildirilib.

Yerli müxalifətçilərin verdiyi məlumata görə, dünən gecə və bu gün sabah saatlarında ətraf rayonlardan və Bakıdan rayona gəlmiş siyasi partiya fəallarının da əksər hissəsi rayon ərazisini tərk edib.
Sizin Reklam Yeriniz