Əlaqə Arxiv
news Image
2013.01.25
12:29
| A A A
Lənkəranda avtomobil aşdı
Ötən gecə Lənkəran–Lerik yolunun 10-cu km-də, Lənkəran rayonunun Qurumba kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Lerik rayonu istiqamətində hərəkətdə olan 35 yaşlı Vüqar Ağayev idarə etdiyi "Mercedes" markalı avtomaşını qarşı yolda hərəkətsiz dayanan 49 yaşlı Polad Qurbanova məxsus "Qazel" markalı yük avtomaşınına çırpıb. Zərbənin gücündən "Mercedes" markalı avtomaşın aşıb, "Qazel" isə toqquşma yerindən bir neçə metr kənara düşüb.

Hadisə yerinə ilk olaraq yaxınlıqdakı çayxanada olan insanlar gəlib. Hadisə şahidlərinin köməkliyi ilə "Mercedes"də olan yaralı maşından çıxarılıb və Lənkəran regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Sizin Reklam Yeriniz