Aygün Kazımova canlı efirdə yıxıldı
Xalq artisti Aygün Kazımova canlı efirdə yıxılıb. Milli.Az xəbər
verir ki, Xəzər TV-nin "Bizim Gün" səhər proqramının qonağı olan
müğənni səhnəyə cıxıb öz yeni mahnısını ifa etmək istərkən ayağı
sürüşərək yıxılıb. Buna səbəb isə studiyada yerə güllərin səpilməsi
olub.
Amma buna baxmayaraq, Kazımova yıxılarkən dərhal ona yardım ediblər və o, ayağa qalxıb öz ifasını davam etdirib.
Xatırladaq ki, Aygün Kazımova təxminən iki il əvvəl də canlı yayımda eyni vəziyyəti yaşamışdı. O, aparıcısı olduğu "Xeyir ola" proqramında mahnı ifa edərkən ayağı sürüşərək yıxılmışdı.