Əlaqə Arxiv
news Image
2013.01.28
13:01
| A A A
Putin ekstremal idman növlərindən imtina etməyi düşünmür
Rusiya prezidenti Vladimir Putin səhhətilə bağlı bütün şayiələrə baxmayaraq ekstremal idman növlərindən imtina etməyi düşünmür. Onun sözçüsü Dimitri Peskovun sözlərinə görə, Rusiya dövlət başçısı fəal hobbisini davam etdirəcək: "Ola bilər ki, yayda dalğıclarla üzsün. Nadir heyvanların qorunması ilə bağlı mübarizəni davam etdirəcək. O, özünün seçdiyi həyat tərzini davam etdirəcək".
Rusiya adminitrasiyasından digər bir mənbə isə deyib ki, Putin nəinki üzmək, hətta yenidən hokkey oynamaq və Antraktidadakı stansiyaya baş çəkməyi düşünür.
Xatırladaq ki, 2012-ci ildə Vladimir Putin Çili prezidenti Sebastyan Pinyera ilə birgə Antraktida stansiyasına getməyi təklif etmişdi. Bu səfərin yanvarın sonunda reallaşacağı düşünülürdü. Amma Putinin yardımçısı D. Peskov deyib ki, həmin tarxidə dəyişikliklər olunacaq.
Bir müddət əvvəlsə Rusiya KİV yazmışdı ki, Putinin 60 yaşı tamam olandan sonra o, payızda belindən ağır travma almışdı. Məhz bundan sonra Putinin "prezident-idmançı" həyat tərzindən imtina edəcəyi gözlənilirdi. Jurnalist və müşahidəçilər onun sakit "müdrik patriarx" imicdə olacağını gözləyirdilər.
Sizin Reklam Yeriniz