Müsəlman dünyası Məhəmməd peyğəmbərin (s) Mövlud gününü qeyd edir
Yanvarın 24-dən 29-dək davam edən dövrdə (Rəbbiül-əvvəl ayının 12-17 tarixləri), bütün dünya müsəlmanları İslam Peyğəmbəri Hz. Muhəmmədin (s) mübarək Mövlud, yəni doğum gününü qeyd olunur.
Bu günlər bir çox yerlərdə müsəlmanların birliyinə,
yaxınlaşmasına, vəhdətinə xidmət edərək Vəhdət Həftəsi hesab
edilir.
Allahın bəşər üçün göndərdiyi minlərlə peyğəmbərin sonuncusu, Tanrı
dininin ən kamil formasını insanlara çatdıran, bütün yaradılanların
ən üstünü olan Həzrəti Məhəmmədin (s) Mövlud günü İslam aləmi üçün
ən əziz bayramlardan biridir.
Məhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlib. Hira
mağarasında olarkən, ona Müqəddəs Quranın ilk ayəsi nazil olub.