Əlaqə Arxiv
news Image
2013.01.29
14:11
| A A A
Niderland Avropanı silkələdi
Niderlanddan gələn xəbər bütün Avropanı silkələyib. Kraliça Beatriks 45 yaşlı oğlunun xeyrinə taxtdan imtina etdiyini bəyan edib. Niderland kraliçasının dünən Bakı vaxtı ilə 22.00-da etdiyi tele müraciətdə, Beatriks 30 aprel tarixində tacı təntənəli şəkildə oğlu şahzadə Vilyam Aleksandra ötürəcəyini bildirib.
Özünün 75 yaşın içində hələ də sağ-salamat olmasına sevinən kraliça, ilin sonunda krallığın 200 illiyinin qeyd olunacağını xatırladıb.
"İstefam kraliça vəzifəminin ağırlığı, işlərin həddən çox olması ilə əlaqədar deyil. Mən, xalqımızın gələcəyinin yeni nəsilin əlində olması fikrini əsas tutaraq, taxtdan imtina edirəm. Sizi əmin edirəm ki, Aprelin 30-da krallığı oğluma, Oran şəhzadəsinə ötürəcəm", - deyə kraliça Beatriks bildirib.
Xatırladaq ki,yanvarın 31 də 75 yaşı tamam olacaq, Beatriks Niderland taxtına 1980-cl ildə gəlib. Kraliçanın oğlunun – daha doğrusu gələcək kral Vilyem Aleksandrın tarixçilik ixtisası üzrə Leyden Universitetini bitirdiyi bildirilir. 2002-ci ildə evlənmiş Oran şahzadəsinin 3 qız övladı var.
Sizin Reklam Yeriniz