Azərbaycanda dini icmaların təqdim etdiyi sosial layihələr dəstəklənəcək
Dini icmalar tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sosial sahədə təqdim olunan layihələr dəstəklənəcək. Bu barədə komitənin sədri Elşad İsgəndərovjurnalistlərə deyib.
O bildirib ki, təklif olunan layihələr ekologiya, gənclik, İKT
sahələrində ola bilər:
"Eyni zamanda, dini icmaların öz üzvlərinin modernləşməsinə yönələn
layihələri də Komitə dəstəkləməyə hazırdır. Bunlar dil, kompüter
kursları ilə bağlı layihələr ola bilər". E.İsgəndərov bildirib
ki, təqdim olunan layihələr arasında 10 qabaqcıl və yenilikçi
layihə seçilərək maliyyələşdiriləcək.