Əlaqə Arxiv
news Image
2013.01.31
10:52
| A A A
“Binə” Ticarət Mərkəzi yandı
Ticarət Mərkəzindəki yanğının qarşısının alınması üçün hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və xilasedicilər cəlb olunub

Bu gün saat 07:00 radələrindən Bakının ən böyük ticarət mərkəzlərindən birində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın "Binə" Ticarət Mərkəzində baş verib. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və xilasedicilər cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, "Binə" Ticarət Mərkəzində yanğın 6-cı sıra, I korpusdakı mağazalardan başlayıb. 20 kv.m ərazi yanıb.

Lakin hələlik hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Hazırda hadisə yerində mütəxəssislər işləyir. Uzun cəhdlərdən sonra artıq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan yoxdur, İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

Sizin Reklam Yeriniz