Əlaqə Arxiv
news Image
2013.02.04
13:15
| A A A
Məktəblərdə hərbiləşdirilmiş siniflər yaradılacaq
Azərbaycandakı orta məktəblərdə gənclərin hərbi hazırlığını təmin etmək məqsədilə xüsusi siniflər yaradılması planlaşdırılır. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Təhsil Nazirliyi ilə birgə həyata keçiriləcək proqram çərçivəsində 500-dən artıq şagirdin təhsil aldığı orta məktəblərdə xüsusi hərbiləşdirilmiş sinif otaqları yaradılacaq. Hərbiləşmiş siniflər xüsusi dərsliklər, zəruri avadanlıqlar (əleyhqaz, təlim qumbarası, təlim silahları) ilə tam təchiz olunacaq. Bu kabinetlərdə atıcı silahlardan atışların keçirilməsi üçün trenajorlar qurulacaq. Hazırda üzərində işlənilən proqramın reallaşdırılmasına Müdafiə Sənayesi Nazirliyi də cəlb olunacaq.
Sizin Reklam Yeriniz