Əlaqə Arxiv
news Image
2013.02.07
13:16
| A A A
Zaur Kazımov prokurorluqda dindirildi
Fəaliyyəti qadağan edilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin şikayəti üzrə həbs edilən iş adamı Arzu Kazımovun oğlu Zaur Kazımov Baş Prokurorluqda dindirilib.
Məlumata görə, Zaur Kazımovun dindirilməsinə səbəb Elşad Abdullayevin yayımladığı videolarda onun adının çəkilməsidir. Qeyd edək ki, Zaur Kazımov Abdullayevin yayımladığı videoların birində "Boyevoy oğlan" kimi təqdim edilir.
Məlumatda qeyd olunur ki, Zaur Kazımov istintaqa Mahir Abdullayevin Dağıstanda saxlanması və onun gətirilməsinə dair Elşad Abdullayevlə söhbətinə görə çağrılıb.
Moderator.az bildirir ki, Zaur Kazımov bu barədə danışmaq istəmədiyini deyərək, telefonun dəstəyini asıb. Moderator.az
Sizin Reklam Yeriniz