Əkrəm Əylisli Mir Şahinə cavab verdi
"Vaxt vardı ki, Mir Şahin mənə deyirdi ki,
"mən sənin əsərlərindən yazmağı, düşünməyi öyrənmişəm". İndiki kimi
yadımdadır bu kəlməni Mir Şahin özü mənimlə söhbətində söyləyib.
İndi isə mənim ölümümdən, dəfnimdən danışır. Danışır, danışır da.
Bu cür sözlər Mir Şahinin özünə məxsus ifadələrdir".
Bu sözləri Movqe.az-a açıqlamasında Əkrəm Əylisli dünən ANS telekanalında kanalın vitse-prezidenti Mir Şahin Ağayevin onunla bağlı "Hesabat" verilişində səsləndirdiyi fikrə cavab olaraq söyləyib. Ə. Əylisli deyib ki, onun ölümü Allahın əlində olan məsələdir: "Mənim ölümüm Allaha bağlıdır. Nə vaxt öləcəm, necə öləcəm onu Allah bilir. Amma demək istəyirəm ki, M. F. Axundov da öləndə nəşi üç gün Tiflisdə götürülmədi. Bu Allahın işidir. İndi hamısı vətənpərvər olub".
Xatırladaq ki, M. Ağayev verilişdə "Hər halda Əkrəm Əylislinin ölümü üçün indiki çağ ən münasib deyil! Ölməyin, yazıçımız! Xalqsız yazıçımız! Yoxsa tabutunuz ağır olacaq. Azərbaycan Yerinin götürə bilməyəcəyi dərəcədə ağır" fikrini səsləndirmişdi.