Əlaqə Arxiv
news Image
2017.05.24
17:57
| A A A
Messinin 21 ay azadlıqdan məhrum edilmə cəzası təsdiqləndi

İspaniyanın Ali Məhkəməsi "Barcelona"nın ulduz futbolçusu Lionel Messinin 21 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasını təsdiqləyib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, argentinalı futbolçunun 3 il ərzində imic hüquqlarından əldə etdiyi vəsaiti vergi orqanlarından gizlətməsi sübuta yetirilib. Messi və atası 2007, 2008 və 2009-cu illərdə 4.1 milyon avro vergidən yayınmaqda şübhəli bilinərək 2016-cı ilin iyununda məhkəmə qarşısına çıxarılmışdı. Argentinalı ulduza verilən bu cəza onun həbsxanada olmasını şərtləndirmir. İspaniya qanunlarına görə 2 ildən az müddətə təyin edilən azadlıqdan məhrumetmə cəzası şərti xarakter daşıya bilər. 

Sizin Reklam Yeriniz