Əlaqə Arxiv
news Image
2022.05.06
16:35
| A A A
“Azerçay” Qarabağda keçirilən ilk beynəlxalq turnirə dəstək verdi

Doğma çay “Azerçay” işğaldan azad edilən Qarabağ torpaqlarında ilk dəfə keçirilən “Prezident kuboku-2022”adlı beynəlxalq turnirə çay təminatı dəstəyi verib. Ümummilli lider Heydər Əliyevin 99 illiyi münasibəti iləTərtər rayonu, Suqovuşan qəsəbəsində təşkil edilənyarışmada kayak və kanoe üzrə Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistan atletləri öz məharətini göstərirlər. Turnirdə tərəfdaş qismində iştirak edən “Azerçay” markasının nümayəndələri yarış boyu yerli və xarici iştirakçılara milli çay brendi haqda məlumatlar verib, xüsusi ayrılmış zonada onları çay süfrəsinə qonaq edib. 

Qeyd edək ki, “Azerçay” mütəmadi olaraq ölkəmizdə təşkil edilən yerli və beynəlxalq tədbirlərin təşkilinə dəstək verməkdədir.

Sizin Reklam Yeriniz