Əlaqə Arxiv
news Image
2022.05.28
21:58
| A A A
Masallıda rayon rəhbəri Paralimpiya çempionunu qəbul etdi


Bu gün, 28 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Boccia İdman növü üzrə dəfələrlə Paralimpiya çempionu olmuş Bəhruz Mirzəyevi qəbul etmişdir. Qəbul zamanı rayon rəhbəri çempionu yarışlarda qazandığı uğurlar münasibəti ilə təbrik etmiş və ona gələcək yarışlarda uğurlar arzulamışdır. Eyni zamanda çepmionun qayğıları ilə maraqlanan RİH başçısı Azərbaycanın şanlı üçrəngli bayrağını müxtəlif ölkələrdə dalğalandıran hər bir idmançılarımızla fəxr etdiyini və hər zaman onlara dəstək olmağa hazır olduğunu vurğulamışdır. Paralimpiya çempionu Bəhruz Mirzəyevdə öz növbəsində ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya, Bocia Federasiyasına daim dəstək olan Leyla xanım Əliyevaya, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədova və kollektivinə dərin minnətdarlığını ifadə etmişdir. Qeyd etmək istərdik ki, Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Viləş kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi dəstəyilə yaradılan vaxtdan qoşulub. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə qızıl medala layiq görülüb. Boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazandırıb. Beləliklə, boccia üzrə Paralimpiya millimizin beynəlxalq yarışda qazandığı bu möhtəşəm zəfərlə B.Mirzəyev İtaliyada tarix yazıb. Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il) da Bəhruz Mirzəyev qızıl medal qazanıb. Nəhayət 2018-ci ildə Bəhruz Mirzəyev Boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb. 
Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz