news Image
2017.05.30
11:56
| A A A
Formula 1 Qran Prisi ərəfəsində bileti olan tamaşaçılara endirim ediləcək

Əksəriyyəti Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 50-ə yaxın şirkət 2017 Formula 1 Qran Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara 20%-dək endirimli qiymətlər təklif edəcək. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu barədə mayın 30-da Bakı şŞəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi (TMMİD) arasında imzalanan anlaşma memorandumunda öz əksini tapmışdır. Memorandum "Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi" layihəsi çərçivəsində əməkdaşlığı nəzərdə tutur. Memoranduma əsasən, layihəyə qoşulan şirkətlərlə TMMİD İctimai Birliyi arasında ikitərəfli müqavilələr imzalanır. Bu layihədə iştirak edən hər bir şirkət Azərbaycan Qran Prisinə bileti olan müştərilərə xüsusi endirimli qiymətdə xidmət etməyi öz üzərinə götürür. Layihənin keçirilməsində əsas məqsəd kiçik və orta sahibkarlar daxil olmaqla, ümumilikdə yerli biznes üçün səmərəli maliyyə imkanları yaratmaq və Azərbaycanda özəl sektorun inkişafına dəstək verməkdir. BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai endirim kampaniyasının hər kəsə faydalı olacağını bildirib:

"Sözsüz ki, bu endirim kampaniyası tamaşaçılarla yanaşı, sahibkarlara da böyük fayda verəcək. Bakıda baş tutacaq möhtəşəm Formula 1 yarışını izləməyə gələn minlərlə tamaşaçı həftəsonu ərzində məhz endirimlərin olduğu yerlərə üz tutacaqlar və bu da öz növbəsində həmin şirkətlərin daha çox gəlir qazanmasına imkan yaradacaq. NHəticədə bu yarışdan hamı qazanclı çıxacaq".

TMMİD İctiami Birliyinin sədri Kəmalə Məmmədova layihənin uzumüddətli olacağına inandığıı qeyd edib:

"Son illər ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Biz də yaranmış fürsətdən səmərəli istifadə edərək Bakıda bu yay keçiriləcək Formula 1 yarışı ərəfəsində ölkə turizminin inkişafına müəyyən dərəcədə dəstək göstərmək üçün bu layihəni irəli sürdük. Çox qısa müddət ərzində onlarla şirkət bu kampaniyaya qoşulmaq istədiklərini bildirdilər. İnanırıq ki, növbəti mərhələlərdə bu layihəyə maraq daha da artacaq və biz bu layihəni uzunmüddətli keçirməyə çalışacağıq".

Qeyd edək ki, 23-25 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə indiyə qədər 57 ölkədən bilet alınıb. Bilet satışı ötən ilki yarış nisbətən daha yüksəkdir. Belə ki, artıq bəzi tribunalara bütün biletlər satılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs