Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları start götürəcək. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 4 gün ərzində ümumilikdə 17 matç baş tutacaq. Azərbaycan çempionu “Qarabağ” Gürcüstan çempionu “Samtredia”nı qəbul edəcək. Millmizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Slovakiya “Zilina”sı Danimarka təmsilçisi “Kobenhavn”lə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
21:00. “Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan)
22:30. “Hibernians” (Malta) - “Salzburg” (Avstriya)
22:45. “Rijeka” (Xorvatiya) - TNS (Uels)
22:45. “Partizan” (Serbiya) - “Buducnost” (Monteneqro)
12 iyul
20:00. “Spartak” (Latviya) - “Astana” (Qazaxıstan)
21:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya)
21:00. “Malmö” (İsveç) - “Vardar” (Makedoniya)
21:00. “Hapoel” (Beer-Şeva, İsrail) - “Honved” (Macarıstan)
21:00. “Sherif” (Moldova) - “Kukesi” (Albaniya)
21:00. APOEL (Kipr) - “Düdelange” (Lüksemburq)
21:30. BATE (Belarus) - Alaskert (Ermənistan)
22:00. “Marienhaim” (Finlandiya) - “Legia” (Polşa)
22:00. “Jalgiris” (Litva) – “Ludoqorets” (Bolqarıstan)
22:15. “Zilina” (Slovakiya) - “Kobenhavn” (Danimarka)
22:45. “Dundalk” (İrlandiya) - “Rosenborg” (Norveç)
23:15. “Hafnarfyordur” (İslandiya) - “Vikingur” (Farer adaları)
14 iyul
20:00. “Linfield” (Şimali İrlandiya) - “Celtic” (Şotlandiya)