Əlaqə Arxiv
news Image
2017.08.11
11:10
| A A A
Ramilin uğuru Əziz Yıldırımı ağlatdı

Londonda keçirilən atletika üzrə dünya çempionatında Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyevin tarixi uğuru şərəfini qoruduğu “Fenerbahçe” klubunun rəhbəri Əziz Yıldırımı da təsirləndirib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, klubun televiziyasına danışarkən səsi titrəyən Yıldırım Quliyev haqqında xoş sözlər səsləndirib:

”Sevincimdən ağlamağım gəlir. Belə bir övladımızın dünya çempionu olması bizi qürurlandırır. Ramilin bu uğuru Avropa çempionu olan basketbol yığmamızın nailiyyətindən daha artıqdır. Quliyev Türkiyə atletikasını bütün dünyaya tanıtdırdı. Azərbaycan dövlətinə də təşəkkür etmək lazımdır. Ramil bu gün iki dövlətin, bir millətin övladı kimi yarışdı. Bizi qürurlandırdı. Dünyanın bütün televiziyalarında həm “Fenerbahçe”, həm də Türkiyənin adını eşitdirdi”.

Sizin Reklam Yeriniz