Əlaqə Arxiv
news Image
2017.08.23
15:36
| A A A
UEFA reytinqində gerilədik

Çempionlar Liqasının pley-off mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA reytinqində geriləməsi ilə nəticələnib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə geriləyib. Buna isə Şotlandiyanın 4 pillə irəliləyərək 22-ci pilləyə yüksəlməsi səbəb olub. Nəticədə, Azərbaycan 23-cü sıraya düşüb. Amma ölkəmizin şotlandlarla ümumi xal ehtiyatı bərabərdi. UEFA reytinqindəki 55 ölkə arasında 23-cü olan Azərbaycanın hesabında 17.625 reytinq xalı var. Onun 2.875 xalı (1.125 "Qarabağ", 0.750 "İnter", 0.625 "Zirə", 0.375 "Qəbələ"nin payına düşür) cari mövsümdə qazanılıb.Avrokubokların cari mövsümündə mübarizəni davam etdirən yeganə təmsilçimiz - "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə Danimarka "Kobenhavn"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün nəticəsindən asılı olaraq ölkəmiz UEFA-nın klub reytinqində yenidən bir pillə irəliləyə bilər. Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırır. Heç-heçə isə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Sizin Reklam Yeriniz