Əlaqə Arxiv
news Image
2017.09.20
14:14
| A A A
İsveçrədə UEFA-nın Konqresi keçirilib

FİFA prezidenti Canni İnfantino İsveçrənin Cenevrə şəhərində UEFA-nın 13-cü Növbədənkənar Konqresində çıxış edib. Goal.az xəbər verir ki, qurumun rəhbəri transfer sisteminin düzgün işləməsi üçün FİFA, UEFA, liqalar və klubların cavabdeh olduğunu bildirib. FİFA rəhbəri transferlər zamanı agentlərə ödəmələrin artdığına da işarə vurub.

"Dünya futbolunda “transfer pəncərəsi”nin tənzimlənməsi konstruktiv qərarlar tələb edir. Biz yay “pəncərəsi” ərzində xərclərin əhəmiyyətli artımını – 1 milyard avroya yüksəlməsini müşahidə etdik. Bu, mənfi hal deyil. Daha çox bölüşdürmə məsələsidir. Eyni zamanda biz gördük ki, agentlərə ödəmələr artır, yetişdirilmiş oyunçulara kompensasiyalar isə yalnız enir”.

Konqresdə “Rusiya-2018”in təşkilat komitəsinin baş direktoru və Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin üzvü Aleksandr Sorokin FİFA Şurasına üzv seçilib.

Tədbirdə həmçinin, İngiltərənin “Arsenal” klubunun icraçı direktoru İvan Qazidislə “Juventus”un prezidenti Andrea Anyellinin Avropa Klublar Assosiasiyasını (ECA) UEFA-nın İcraiyyə Komitəsində təsmil etmələrinə qərar verilib.

Digər qərara əsasən, Avropa Futbol Liqaları Assosiasiyası UEFA-nın İcraiyyə Komitəsində bir namizədlə təmsil olunacaq. Bununla bağlı Əsasnaməyə düzəliş edilib. İlk dəfə buna 2018-ci il fevralın 26-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Konqresdə riayət olunacaq.

Qeyd edək ki, toplantıda UEFA-nın Növbəti Konqresinin 7 fevral 2019-cu ildə İtaliyanın paytaxtı Romada keçirilməsinə qərar verilib.

Sizin Reklam Yeriniz