Əlaqə Arxiv
news Image
2017.10.02
14:05
| A A A
WBC prezidenti: "Azərbaycan prezidenti idmanı ölkədə prioritetə çevirib"

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman deyib.

Onun sözlərinə görə, Azərbaycan növbəti dəfə öz qonaqpərvərliyini nümayiş etdirib: "Prezident İlham Əliyev böyük liderdir. O, idman vasitəsilə göstərdi ki, dünya necə olmalıdır. Prezident İlham Əliyev idmanı ölkədə prioritetə çevirib və idmanın köməyi ilə gənclərə nümunə göstərir. Biz hamımız dünyanı boksun köməyi ilə yaxşılaşdırmaq istəyirik".

Qeyd edək ki, oktyabrın 1-i Bakıda WBC-nin 55-ci konvensiyası başlayıb. Oktyabrın 6-dək davam edəcək konqresdə 164 üzv ölkədən 500-dən çox nümayəndə iştirak edir.

Sizin Reklam Yeriniz