Əlaqə Arxiv
news Image
2017.10.07
20:01
| A A A
Prosineçki: "Dünya çempionatına vəsiqə Azərbaycan üçün xəyaldır"

 

Milli komandamızın baş məşqçisi Robert Prosineçki açıqlama verib.

Movqe.az goal.az-a istinadla xəbər verir ki, Almaniya məətbuatına danışan mütəxəssis millimizin dünya və Avropa çempionatına vəsiqə qazanmaq istəyini xəyal adlandırıb:

"Dünya və Avropa çempionatına vəsiqə qazanmaq Azərbaycan üçün xəyaldır. Azərbaycan millisi ilə buna nail olmaq çox müşkül işdi".

Prosineçki bunun səbəbini belə izah edib.

 

"Azərbaycan futbol ölkəsi kimi tanınmır. Azərbaycan Premyer Liqasında 8 komanda oynayır. DÇ-2018-in seçmə mərhələsində 10 xal topladıq ki, bu da rekorddur. Yığma komandanı qəbul edəndə 135-ci idi, indi isə 93-cü yerdəyik. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə adlamağa nail oldu. Yaxşı gənc futbolçular var. İndi azarkeşlər oyunlara daha çox maraq edir".

 

52 yaşlı mütəxəssis ilin sonunda başa çatacaq müqaviləsi barədə danışıb:

 

"Müqaviləmi uzadacağım barədə dəqiq bir qərar verməmişəm. Qarşımda müəyyən bir zaman var. Fikrimi Almaniya ilə oyuna cəmləmişəm. Bu matç xüsusidir. Çünki rəqib son dünya çempionudur".

Sizin Reklam Yeriniz