Əlaqə Arxiv
news Image
2017.10.09
14:58
| A A A
"Ser Aleks düşündü ki, Zidanın transferi Erikin mövqeyini zəiflədəcək"

"Manchester United"in sabiq prezidenti Martin Edvards 1995-ci ildə Zidanın transferinə yaxın olduqlarını bildirib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Edvards buna mane olan səbəbi də açıqlayıb.

"Zidan "Bordeaux"da oynadığı vaxtlar bizim baş skautumuz Les Kerşou dedi ki, bu futbolçu ilə maraqlanmaq lazımdır. Bu barədə Ser Aleksə məlumat verdim. O dedi ki, Erik Kantona Zidan barədə artıq danışıb. Aleks onların eyni mövqedə oynadığını nəzərə aldı. O, Kantona ilə yeni müqavilə imzalamaq üçün Fransaya gedəndə düşündü ki, Zidanın transferi Erikin mövqeyini zəiflədəcək. Ona görə üstünlüyü Kantonaya verdi".

Sizin Reklam Yeriniz