Əlaqə Arxiv
news Image
2017.10.16
11:28
| A A A
Avropa çempionatında bürünc medal

15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatına start verilib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, yarışda 36 ölkədən 405 atletin (170 qadın və 235 kişi) körpücük üzərinə çıxması gözlənilir. Turnirdə Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.

Onlardan ikisi – Məhəmməd Məmmədli və Kənan Xəlilov medal mübarizəsinə qoşulub. Atletlərimiz yaşı 20-yə qədər olan gənclərin 62 kq çəki dərəcəsində qüvvəsini sınayıblar.

Kənan Xəlilov birdən qaldırma hərəkətində 123 kq-ı ram edərək bu hərəkətdə bürünc medal qazanıb. O, təkanla qaldırmada 133 kq-ı qaldıraraq bu hərəkətdə 7-ci olub. Atletimiz toplam 256 kq (123+133) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.

Məhəmməd Məmmədli birdən qaldırma hərəkətində 115 kq-ı başı üzərinə qaldırdı və bu hərəkətdə 6-cı olub. O, təkanla qaldırmada 148 kq-ı qaldıraraq bu hərəkətdə bürünc medala sahib çıxıb. Atletimiz toplam 263 kq (115+148) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.

Sizin Reklam Yeriniz